• Bakı 16° C

    1.5 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Niderlandın baş naziri NATO-nun baş katibi olmaq istəyir

DÜNYA

28 Oktyabr 2023 | 23:01

Niderlandın baş naziri NATO-nun baş katibi olmaq istəyir

Niderlandın baş naziri vəzifəsini icra edən Mark Rutte NATO-nun baş katibi olmaqda maraqlıdır, lakin onun bu vəzifəni tutmaq şansının yüksək olmadığını hesab edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rutte “Den Haag FM” radiosuna müsahibəsində bildirib.

“Belə bir rol maraqlı olardı. Çünki o, bir neçə il ərzində ciddi qlobal dəyişikliklər dövründə beynəlxalq arenada vəziyyətin inkişafına töhfə vermək imkanı verəcəkdir”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, alyansın yeni baş katibi postunun qadın olması ehtimalı yüksəkdir.

Rutte 2010-cu il oktyabrın 14-dən Niderland hökumətinə rəhbərlik edir. İyulda o və hökumət hakim koalisiyada miqrasiya siyasəti ilə bağlı fikir ayrılığına görə istefa verib. O, seçkilər keçirilənə və yeni koalisiya hökuməti qurulana qədər baş nazir vəzifəsini icra edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026