• Bakı C

    6.84 m/s

  • USD - 1.7

    EUR - 1.8382

    RUB - 0.0186

Yaşar Gülər: Cənubi Qafqazda sülh üçün tarixi imkan var

DÜNYA

27 Noyabr 2023 | 21:17

Yaşar Gülər: Cənubi Qafqazda sülh üçün tarixi imkan var

“İnanırıq ki, regional sülh və sabitliyə gedən yol Azərbaycan və Ermənistan arasında imzalanmış hərtərəfli sülh sazişindən keçir”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Güler Bakıda keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin iclası zamanı bildirib.

    “Hesab edirik ki, regional sülh və sabitliyə gedən yol Azərbaycan və Ermənistan arasında imzalanacaq hərtərəfli sülh sazişindən keçir. Biz həmçinin, regional nəqliyyat xətlərinin açılmasının normallaşma və sülh prosesini sürətləndirəcəyinə inanırıq. Cənubi Qafqazda sülh, əmin-amanlıq və əməkdaşlıq qurmaq üçün tarixi imkan olsa da, Ermənistanın bu tarixi imkandan lazımi şəkildə istifadə edə bilmədiyini görürük.

    Digər tərəfdən, Türkiyə hər platformada və fürsətdə Gürcüstanın ərazi bütövlüyünə güclü dəstəyini ifadə edir. Bu kontekstdə Türkiyə Abxaziya və Cənubi Osetiyanın qondarma müstəqilliyini tanımır və bu mübahisələrin Gürcüstanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində sülh yolu ilə həllini arzulayır. Türkiyə eyni zamanda, Gürcüstanın Avro-Atlantik qurumlarla inteqrasiya səylərini dəstəkləyir”, - Yaşar Güler qeyd edib.


    SON XƏBƏRLƏR

    01 Mart 2024