• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Güclü yağış 24 nəfərin ölümünə səbəb oldu

DÜNYA

27 Noyabr 2023 | 21:05

Güclü yağış 24 nəfərin ölümünə səbəb oldu

Hindistanda baş verən güclü fırtına zamanı ən azı 24 nəfərin həyatını itirdiyi bildirilir.

Bakıvaxtı.az BBC-yə istinadən xəbər verir ki, güclü yağış evlərə ziyan vurub və Qucarat əyalətinin qərbində mal-qaranı tələf edib.

Meteoroloqların bildirdiyinə görə, fırtına qışda Qucarat ştatı üçün qeyri-adi haldır və güclü leysan hər kəsi təəccübləndirib.

Daşqınlar və şimşək çaxması Hindistanda hər il minlərlə insanın həlak olması ilə nəticələnir. Alimlər xəbərdarlıq edirlər ki, qlobal temperaturun artması ekstremal hava hadisələrinin çoxalmasına səbəb olur.

Hindistanın qərbində dolu yağışlarının bazar ertəsinə qədər davam edəcəyi gözlənilir.

Bazar günü axşam saatlarında verilən rəsmi açıqlamada ölümlərin ən azı 24-dən 18-nin ildırım vurması ilə əlaqəli olduğu qeyd olunub.

Ölkənin daxili işlər naziri Amit Şah ölüm hallarına görə dərin kədərini ifadə edib və yerli hakimiyyət orqanlarının xilasetmə işlərində iştirak etdiyini bildirib.


SON XƏBƏRLƏR

26 Iyul 2024