• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Lukaşenko köməkçisini vəzifədən azad etdi

DÜNYA

27 Noyabr 2023 | 20:57

Lukaşenko köməkçisini vəzifədən azad etdi

İqor Braylo Belarus Prezidentinin köməkçisi - Vitebsk vilayəti üzrə müfəttiş vəzifəsindən azad edilib. 

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Belarus Prezidenti Aleksandr Lukaşenko sərəncam imzalayıb. 

Bəyanatda qeyd olunur ki, Lukaşenko bu qərarı müfəttişin “dövlət qulluğuna uyğun olmayan davranışı” ilə bağlı verib. 

Lakin prezidentin köməkçisinin işdən çıxarılmasının dəqiq səbəbləri açıqlanmayıb.

Qeyd edək ki, İqor Brylo Belarus liderinin köməkçisi vəzifəsinə 2023-cü ilin iyulunda təyin olunub. O, bu təyinatdan əvvəl respublikanın kənd təsərrüfatı və ərzaq naziri vəzifəsində çalışıb.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024