• Bakı 12° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

HƏMAS Tel-Əvivə növbəti dəfə raket atdı

DÜNYA

28 Oktyabr 2023 | 23:30

HƏMAS Tel-Əvivə növbəti dəfə raket atdı

HƏMAS hərakatının "İzzəddin Əl-Qəssam Briqadaları" döyüş qanadı Təl-Əvivə növbəti raket zərbələri endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə onların "Telegram" kanalında bildirilib.

HƏMAS-ın silahlı qanadı daha sonra Tel-Əviv istiqamətində gün ərzində üçüncü raket hücumu barədə məlumat verib.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR