• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rəsmi xəritədə Rusiyanın bir hissəsi Çin ərazisi kimi göstərildi

DÜNYA

30 Avqust 2023 | 00:56

Rəsmi xəritədə Rusiyanın bir hissəsi Çin ərazisi kimi göstərildi

Çinin dövlətə məxsus “Standart xəritələrin kartoqrafiya xidməti” 2023-cü il üçün Rusiya ərazilərinin bir parçasının Çinin bir hissəsi kimi çəkilən yeni, rəsmi təsdiq edilmiş coğrafi xəritələr toplusunu buraxıb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, dərc edilmiş xəritədə Amur çayı üzərində yerləşən, Rusiya və Çin arasında 2008-ci ildə bağlanmış müqavilə əsasında bölünmüş Bolşoy Ussuriyski adası ölkənin ən şərq nöqtəsi kimi qeyd olunub.

“Standart xəritə Çinin və dünyanın digər ölkələrinin sərhədlərinin dizaynı üçün milli standartlara uyğun tərtib edilib”, -xidmət açıqlayıb.

Yeni rəsmi xəritələr dəsti xəbərlərdə, kitablarda, reklam materiallarında illüstrasiya kimi istifadə üçün nəzərdə tutulub. Onlar həmçinin istinad üçün əsas xəritəsi kimi istifadə edilə bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026