• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Məşhur fenomen 68-ci mərtəbədən yıxılaraq öldü- FOTOLAR

DÜNYA

31 Iyul 2023 | 12:43

Məşhur fenomen 68-ci mərtəbədən yıxılaraq öldü- FOTOLAR

Ekstremal idman növləri ilə tanınan və təhlükəli yerlərə dırmaşma videoları ilə məşhur olan sosial media fenomeni Remi Lucidi ölüb.

Bakıvaxtı.az-ın xarici KİV-ə istinadla məlumatına görə, onun Honq-Konqda 68-ci mərtəbədən düşdüyü bildirilir. Lucidinin hadisə yerində öldüyü açıqlanıb.

Əvvəllər dəfələrlə oxşar hündürlükdə olan binalara dırmaşmış Lusidinin yıxılmasının dəqiq səbabi hələlik bəlli deyil.

Təhlükəsizlik kameralarına görə, Lusidi binaya daxil olduqdan sonra 49-cu mərtəbəyə çıxıb. Sonra pilləkənlərlə yenidən binanın yuxarısına qalxdığı görülüb. Lakin sonradan verilən açıqlamalar bir-biri ilə uzlaşmır. Mühafizəçilərdən biri Lusidinin damda sıxışdığını iddia edərkən, digəri isə 40-cı mərtəbədəki dostunu ziyarət etməyə gəldiyini söyləyib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Lucidinin ölümündən 6 gün əvvəl İnstaqramda onun Honq-Konqdan başqa bir göydələn görüntüsü paylaşılıb.

Xəyalə Rza


Məşhur fenomen 68-ci mərtəbədən yıxılaraq öldü- FOTOLARMəşhur fenomen 68-ci mərtəbədən yıxılaraq öldü- FOTOLARMəşhur fenomen 68-ci mərtəbədən yıxılaraq öldü- FOTOLARMəşhur fenomen 68-ci mərtəbədən yıxılaraq öldü- FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026