• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Vaqner”ə yeni döyüşçülər lazımdır? - Priqojin AÇIQLADI

DÜNYA

31 Iyul 2023 | 11:37

“Vaqner”ə yeni döyüşçülər lazımdır? - Priqojin AÇIQLADI

“Vaqner” özəl hərbi şirkəti yeni könüllü döyüşçülərin qəbulunu dayandırıb.

Bakıvaxtı.az “Strana”ya istinadən xəbər verir ki, bu barədə məlumatı şirkətin rəhbəri Yevgeni Priqojin açıqlayıb. 

Onun sözlərinə görə, şirkət hazırda şəxsi heyətlə bağlı çatışmazlıq yaşamır və yeni döyüşçülərin cəlb edilməsi planlaşdırılmır: “Şirkətin muzdlularının əksəriyyəti Ukraynadakı hərbi fəaliyyətlərdən sonra hazırda məzuniyyətdədirlər”. 

Bununla belə, Priqojin “Vaqner”in tapşırıqlarının əhatə dairəsinin Afrika və Belarusdan kənara çıxarsa yeni döyüşçülərin cəlb edilməsinin istisna edilmədiyini vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026