Fransada küçələr polis gülləsi ilə ölən gənc üçün döyüş meydanına döndü.
Bakıvaxtı.az xəbər verir ki, iyunun 27-də polisin açdığı atəş nəticəsində Nael M. adlı 17 yaşlı gənc sürücünün ölümündən sonra Fransada keçirilən nümayişlərdə qarşıdurmaların dozası artıb, etirazları yatırtmaq üçün zirehli maşınlar küçələrə daxil olub.
Polis gülləsi ilə həyatını itirən gəncin xatirəsinə təşkil edilən nümayişlər başda Paris, Marsel və Lion olmaqla ölkənin bir çox şəhərinə yayılıb.
Maşınların yandırıldığı, məktəblərin, polis məntəqələrinin və ictimai binaların yandırıldığı nümayişlərdə polislə etirazçılar arasında şiddətli toqquşmalar baş verib. Etirazlar genişləndikcə yerlərdə hüquq-mühafizə orqanları yetərli deyil.
Hadisələrin ilk günündən polis ən azı 2122 etirazçını saxlayıb. Səlahiyyətlilər saxlanılanların əksəriyyətinin azyaşlılar olduğunu bildirib.
Digər tərəfdən, Paris və ətraflarında ictimai nəqliyyat qismən dayandırıldığı halda, baş verən küçə hadisələri səbəbiylə qubernatorluqlara saat 21:00-dan sonra ölkə daxilində avtobus və tramvay xidmətlərini ləğv etmək əmri verildi.
Fransada komendant saatının tətbiq olunduğu şəhərlərin sayı 10-a çatıb.
Ramid İbrahimov
















