• Bakı 21° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.0331

Hərbi təlim təyyarəsi qəzaya uğradı

DÜNYA

01 Iyun 2023 | 16:24

Hərbi təlim təyyarəsi qəzaya uğradı

Hindistan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hindistan HHQ rəsmi “Twitter“ səhifəsində məlumat verilib.

Bildirilib ki, “Kiran” reaktiv təlim təyyarəsi bu gün Karnataka ştatının Çamrajnaqar bölgəsinin yaxınlığında gündəlik təlim uçuşu zamanı qəzaya uğrayıb.

Qəza zamanı ölən və ya xəsarət alan olmayıb, katapult sistemi işə salınıb və pilotlar xilas olub.

Aidiyyəti qurumlara qəzanın səbəblərini araşdırmaq tapşırılıb.


SON XƏBƏRLƏR

18 Sentyabr 2025