• Bakı 14° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.959

    RUB - 2.1258

Azərbaycan-Gürcüstan partnyorluğu həmişə öndə saxlanılmalıdır - AÇIQLAMA

SİYASƏT

07 Aprel 2026 | 11:26

Azərbaycan-Gürcüstan partnyorluğu həmişə öndə saxlanılmalıdır - AÇIQLAMA

“Mən 1992-ci il Prezident Administrasiyasında müşavir vəzifəsində çalışarkən Gürcüstanda ciddi siyasi dəyişikliklər yaşanır, çox ağır vəziyyət müşayiət olunurdu”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, ozaman Azərbaycan nümayəndə heyəti ilə birlikdə Tbilisiyə gediblər və çox bərbad vəziyyətlə üzləşiblər:

“Ölkədə işıq, qaz yox idi, yaman gündə idi. Azərbaycan hətta o dövrdə belə Gürcüstana yardım əlini uzadırdı, dəstək verirdi. Sonrakı dövrdə də Azərbaycan tərəfindən həmin dəstək davam etdirildi. Əlbəttə, bu, sadəcə elə belə yardım deyil. Azərbaycanın müstəqilliyi o halda möhkəmdir ki, qonşu Gürcüsanın da müstəqilliyi qorunub saxlansın”.

Müsahibimiz qeyd edib ki, ölkəmizin bütün strateji layihələri Gürcüstanla əməkdaşlıq nəticəsində mümkün olub:

“Biz o zaman haqlı olaraq Rusiyaya bel bağlamadıq və düz də etdik. Sonrakı proseslər Rusiya ilə bağlı fəsadlar ortaya çıxardı, yollar bağlandı. Yəni Gürcüstanla bağlı qərarlar özünü tam şəkildə doğrultdu”.

Rasim Musabəyov: İndiki şəraitdə Azərbaycanın Gürcüstana dəstəyi daha çox önəm kəsb edir

Parlament üzvü bəyan edib ki, Cənubi Qafqazın geopolitik bir funksiyası var:

“Regionumuz Xəzər dənizi ilə Qara dəniz arasında və daha geniş arenada, Şərqlə Qərb arasında böyük və mühüm bir körpüdür. O da məlumdur ki, yarımçıq körpünün heç kimə faydası yoxdur. Körpü ya tam olmalı, ya da olmamalıdır. Azərbaycan və Gürcüstan bunu çox gözəl anlayır”.

Həmsöhbətimiz bildirib ki, Azərbaycanla Gürcüstan tarixən bir-birinə dəstək, dayaq olub və bundan sonra da olacaq. Dediyinə görə, məhz bu məqam Bakı ilə Tbilisinin strateji əməkdaşlığımızın əsas bünövrəsidir:

“Gürcüstanda hakimiyyət dəyişsə də, rəhbərliyə keçən qüvvə dərhal anlayır və qəbul edir ki, Azərbaycan-Gürcüstan partnyorluğu həmişə öndə saxlanılmalıdır. Dəyişən konyukturalar ikitərəfli əlaqələrə təsir göstərməməlidir. Biz buna nail artıq nail olmuşuq. İndiki şəraitdə Azərbaycanın Gürcüstana dəstəyi daha çox önəm kəsb edir. Qərb ölkələrinin təzyiqi ilə üzləşən Tbilisinin təklənməməsi üçün regional əməkdaşlıq daha faydalıdır”.

Aydın Baxış


SON XƏBƏRLƏR

06 Aprel 2026