• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Türkiyədə cənazə maşını aşdı, 16 nəfər xəsarət aldı - VİDEO

DÜNYA

01 Fevral 2023 | 21:44 | Müəllif: Subhan Mahmudov

Türkiyədə cənazə maşını aşdı, 16 nəfər xəsarət aldı - VİDEO

Türkiyənin Kastamonu vilayətində cənazə daşıyan maşın qəzaya düşüb.

Bakıvaxtı.az xəbər verir ki, qəza vaxtı maşında dəfnə aparılan cənazə, rəhmətə gedən şəxsin 14 nəfər qohumu, sürücü və bir nəfər bələdiyyə işçisi olub.

Xəsarət alanların xəstəxanaya çatdırılması üçün hadisə yerinə bir neçə təcili tibbi yardım maşını çağırılıb. İki nəfərin vəziyyətinin ağır olduğu bildirilir. 

Qəza səbəbindən yolda nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb.

Yol nəqliyyat hadisəsi ilə bağlı araşdırmalar davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026