• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Sputnik V” vaksininin yaradıcılarından biri öldürüldü

DÜNYA

03 Mart 2023 | 17:43 | Müəllif: Subhan Mahmudov

“Sputnik V” vaksininin yaradıcılarından biri öldürüldü

Koronavirusa qarşı "Sputnik V" vaksininin yaradıcılarından biri olan rusiyalı virusoloq Andrey Botikov Moskvada evində qətlə yetirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı "Regnum" agentliyi yayıb.

İnsident martın 2-si baş verib. İstintaq məlumatına görə, alimlə 29 yaşlı bir gənc arasında dava düşüb. Dava zamanı sözügedən şəxs Botikovu kəmərlə boğaraq öldürüb.

Polis qətli törədən şəxsi saxlayıb və o, öz təqsirini boynuna alıb. Onun əvvəllər ağır cinayətə görə məhkum olunduğu bildirilir. Davanın hansı səbəbdən baş verdiyi isə açıqlanmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026