• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sürücü yaşlı qadını avtobusdan atdı: Yuyunmaq lazımdır - VİDEO

DÜNYA

03 Mart 2023 | 18:27 | Müəllif: Subhan Mahmudov

Sürücü yaşlı qadını avtobusdan atdı: Yuyunmaq lazımdır - VİDEO

Rusiyanın Xabarovsk diyarında avtobus sürücüsü yaşlı qadını avtobusdan çölə atıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Yaşlı qadından gələn qoxunu bəyənməyən sürücü sərnişini başından tutub oturacaqdan çəkib yerə yıxıb.

Daha sonra pilləkənlərdən kobud şəkildə sürüyərək yerə yıxıb salondan çıxarıb.

Ona konduktor da dəstək olub və qadının çantasını təpikləyib yuyunmaq lazım olduğunu deyib.

Şəhər hakimiyyətindən bildiriblər ki, həm sürücü, həm də konduktor işdən çıxarılıb. 

İstintaq Komitəsi isə "Xuliqanlıq" maddəsi ilə cinayət işi açıb, sürücü artıq saxlanılıb. 

Meriya onu da bildirdi ki, daşıyıcı sərnişindən üzr istəyib, ona ərzaq paketi alıb və həmin marşrutdan istifadə üçün imkan yaradıb./lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026