• Bakı 7° C

    1.09 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Zaxarova: “Makronun bu açıqlaması absurddur”

DÜNYA

01 Fevral 2023 | 22:03 | Müəllif: Subhan Mahmudov

Zaxarova: “Makronun bu açıqlaması absurddur”

"Fransa prezidenti Emmanuel Makronun "Ukraynaya mümkün hərbi təyyarələrin tədarükü eskalasiyaya səbəb olmayacaq" sözləri absurddur".

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

"Fransa prezidenti həqiqətən əmindirmi ki, Kiyev rejiminə döyüş əməliyyatları üçün silah, ağır silahlar və təyyarələr verilsə, bu vəziyyətin gərginləşməsinə səbəb olmayacaq? Mən belə bir məntiqin yetkin adamda ola biləcəyinə inanmaqdan imtina edirəm", - Rusiya XİN sözçüsü vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR