• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İran Urmiya gölü ilə bağlı tədbirlər görəcək - Rəisi anons verdi

DÜNYA

21 May 2022 | 12:13 | Müəllif: Subhan Mahmudov

İran Urmiya gölü ilə bağlı tədbirlər görəcək - Rəisi anons verdi

“Urmiya gölü məsələsi təkcə Urmiya şəhəri və Qərbi Azərbaycan üçün deyil, həm də region və ölkə üçün önəmlidir”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İİR Prezidenti İbrahim Rəisi Urmiya şəhərində keçirilən tədbirdə çıxışında deyib.

Onun sözlərinə görə, bu problemin aradan qaldırılması prioritet məsələlərdən biridir.

Əvvəlki prezident Həsən Ruhani dövründə Urmiya gölünün dirçəldilməsi işlərinə işarə edən Rəisi bunun üçün işlərə başlanıldığını, lakin tamamlanmadığını qeyd edib.

“Biz bu səfəri bu layihələri tamamlamaq üçün planlaşdırdıq”, - deyə o əlavə edib.(oxu.az)

Qeyd edək ki, 2003-cü ildə quraqlıq səbəbindən su səviyyəsi azalmağa başlayan Urmiya gölü 2013-cü ildə tamamilə qurumaq təhlükəsi ilə üzləşib. Gölün canlandırılması tələbi ilə ölkədə vaxtaşırı nümayişlər keçirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026