• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu ölkələr Ukraynaya haubitsalar göndərəcək

DÜNYA

20 Iyun 2022 | 09:20

Bu ölkələr Ukraynaya haubitsalar göndərəcək

Niderland Almaniya ilə birlikdə Ukraynaya ağır haubitsalar tədarük edəcək.

Bakıvaxtı.az "De Telegraaf"a istinadən xəbər verir ki, Niderlandın Baş naziri Mark Rutte hökumətin həftəlik iclasından sonra deyib.

"Biz mümkün olan hər şeyi edirik ki, Ukrayna qalib gəlsin", - Rutte bildirib.

Onun sözlərinə görə, NATO Rusiya ilə birbaşa münaqişəyə girmir, əksinə, maliyyə və hərbi dəstək, eləcə də ağır silah sistemlərinin tədarükü baxımından əlindən gələni edir.

"Ağır sistemlər çox deyil. Bunu ona görə edirik ki, bu, bizim müharibəmizdir. Əgər Putinə Ukraynanı işğal etməyə icazə versək, bundan sonra nə olacaq? Əslində, bu, bizim təhlükəsizliyimiz üçün birbaşa təhdiddir", - Rutte əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026