• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ukrayna və Türkiyə "Bayraktar"la bağlı razılığa gəldi

DÜNYA

19 Iyul 2022 | 20:05

Ukrayna və Türkiyə "Bayraktar"la bağlı razılığa gəldi

Ukrayna hökuməti Türkiyə ilə yüksək texnologiyalar, aviasiya və kosmos sahələrində əməkdaşlığa dair sazişin ratifikasiyasına dair qanun layihəsini təsdiqləyib və bu, Ukraynada Türkiyə istehsalı olan “Bayraktar” pilotsuz uçuş aparatlarının istehsalı və texniki xidməti üzrə zavodun tikintisinə imkan verəcək.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat verib.

“Ukrayna hökuməti ilə Türkiyə hökuməti arasında yüksək texnologiyalar, aviasiya və kosmik sənaye sahəsində əməkdaşlığa dair çərçivə sazişinin ratifikasiyası haqqında” qanun layihəsi təsdiq edilib. Layihə 03.02.2022-ci il tarixində Kiyevdə bağlanmış sazişin ratifikasiyası edilməsi üçün parlamentə təqdim edilməsini nəzərdə tutur”, - o, parlament iclasından sonra teleqram kanalında yazıb.

Ukraynanın Baş naziri Denis Şmıqalın özü isə bildirib ki, artıq bu gün Nazirlər Kabineti Türkiyə ilə sazişin ratifikasiyasına dair layihəni parlamentə göndərəcək. “Hökumət bu gün Ali Radaya Ukrayna və Türkiyə arasında yüksək texnologiyalar, aviasiya və kosmik fəaliyyət sahəsində əməkdaşlıq haqqında sazişin ratifikasiyasına dair layihə göndərəcək. Bu isə Ukraynada şanlı “Bayraktar” pilotsuz uçuş aparatlarının istehsalı və texniki xidməti üzrə zavodun tikilməsinə imkan verəcək”, - o, iclası açarkən bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026