Yeni Zelandiyada çamadanlarda cəsəd tapılıb.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, tapılan cəsədlərin iki azyaşlı uşağa aid olduğu ortaya çıxıb. Sözügedən çamadanlar avqustun 11-də Oklenddə yaşayan bir ailənin evinə anbar şirkəti tərəfindən qoyulub və ailə onlara aid olmayan çamadanlarda insan qalıqları aşkar etdikdə polisə xəbər veriblər.
Yeni Zelandiya polisinin açıqlamasına görə, həmin ünvanda yaşayan ailənin hadisə ilə heç bir əlaqəsi yoxdur.
Polis araşdırmalara başlayıb.
Aytac Aslan
















