• Bakı 8° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Kraliça ilə vidalaşmaq üçün 12 saat növbə gözlədi - VİDEO

DÜNYA

17 Sentyabr 2022 | 12:24

Kraliça ilə vidalaşmaq üçün 12 saat növbə gözlədi - VİDEO

Futbol üzrə İngiltərə milli komandasının keçmiş yarımmüdafiəçisi Devid Bekhem Britaniya kraliçası II Elizabet ilə vidalaşmaq üçün 12 saatdan çox növbədə gözləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “Sky News” yayıb. 

Məlumata görə, ulduz futbolçu gecə saatlarında növbədə öz yerini alıb və sadə vətəndaşlar ilə öz növbəsini gözləməyə başlayıb. 

Növbəsi çatdıqda isə Bekhem kraliçanın tabutu yanında dayanaraq onunla vidalaşıb.

Daha sonra jurnalistlərə açıqlama verən Bekhemin sözlərinə görə, ona Britaniya imperiyasının ordeninin verilməsi həyatında ən xüsusi an olub. 

Xatırladaq ki, kraliça II Elizabetin cənazəsi sentyabrın 14-dən etibarən Londonda Vestminster sarayındadır. Kraliça ilə vidalaşmaq istəyənlər sentyabrın 19-na kimi saraya gələrək bunu edə bilərlər. Belə ki, kraliça sentyabrın 19-u dəfn ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026