• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Braziliyada seçki yarışı: Bir-birlərini günahlandırdılar

DÜNYA

17 Oktyabr 2022 | 11:16 | Müəllif: Qalib İbrahimoğlu

Braziliyada seçki yarışı: Bir-birlərini günahlandırdılar

Oktyabrın 30-da Braziliyada prezident seçkilərinin ikinci turu keçiriləcək.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, ikinci turda prezident Jair Bolsonaro və keçmiş prezident Luiz İnasio Lula da Silva mübarizə aparacaqlar.

Namizədlər qatıldıqları debatda bir-birlərini ağır sözlərlə ittiham ediblər. Qarşılıqlı təhqirlərin və ağır ittihamların qeydə alındığı proqramda Lula rəqibi Bolsonaronu COVID-19 epidemiyasına münasibəti və Amazonda meşələrin itirilməsi kimi məsələlərlə yükləyib. Bolsonaro isə İşçi Partiyasının korrupsiyasını xatırladıb.

Qeyd edək ki, Bolsonaro rəqibi Lulanı "yalan danışmaqda", Lula isə Bolsonaronu "saxta xəbərlərin kralı" olmaqda ittiham edib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026