• Bakı 23° C

    3.34 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

"G20"dən Rusiyaya TƏLƏB - "Ukraynadan çıx"

DÜNYA

16 Noyabr 2022 | 10:48

"G20"dən Rusiyaya TƏLƏB - "Ukraynadan çıx"

G20 ölkələrinin Bali sammitinin yekun bəyannaməsində Rusiyanın Ukraynaya təcavüzü qınanılıb.

Bakıvaxtı.az  BBC-yə istinadən xəbər verir ki, bəyanatın əsas gündəliyində üzv ölkə olan Rusiyanın qınanılması yer alıb.

Sənəddə üzv ölkələrin milli mövqeyinin BMT-nin müvafiq qətnaməsinə uğun olduğu, Rusiyanın Ukraynaya təcavüzündən ən sərt şəkildə təəssüfləndiyi vurğulanıb və Rusiyanın Ukrayna ərazisindən tam və qeyd-şərtsiz çıxması tələb edilib.

Həmçinin müharibənin qlobal iqtisadiyyatdakı mövcud həssaslıqları daha da böyütdüyü, iqtisadi böyüməni məhdudlaşdırdığı, inflyasiyanı artırdığı, tədarük zəncirlərini dağıtdığı, enerji qiymətlərini artırdığı, qida təhlükəsizliyi problemi yaratdığı və maliyyə stabilliyi riskini artırdığı qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026