• Bakı 23° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Azərbaycanın internet sürətinə görə yeri

DÜNYA

16 Dekabr 2022 | 09:15

Azərbaycanın internet sürətinə görə yeri

Bu ilin noyabr ayında Azərbaycan mobil internetin sürətinə görə digər ölkələr arasında 1 pillə irəliləyib və 34,6 MB/S sürətlə 58-ci pillədə qərarlaşıb.

Bu barədə Bakıvaxtı.az “Speedtest Global Index”ə istinadən xəbər verir.

Məlumatda deyilir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 118-ci yerdə qərarlaşıb ki, bu da oktyabr ayı ilə müqayisədə 1 pillə geriləmədir. Noyabrda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 26,95 MB/S olub.

Sabit genişzolaqlı internetin sürəti ilə bağlı dünyanın 180 ölkəsində araşdırma aparılıb. Birinci yerdə Çili (216,46 MB/S), sonuncu yerdə isə Kuba (1,91 MB/S) qərarlaşıb.

Mobil operatorlarla bağlı siyahıda isə Qatar 176,18 MB/S sürətlə birinci, Kuba isə 5,27 MB/S sürətlə sonuncu 142-ci yerdə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR