• Bakı 17° C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Zalujnı: 10 generalı qovdum, biri özünü güllələdi

DÜNYA

15 Dekabr 2022 | 20:41 | Müəllif: Subhan Mahmudov

Zalujnı: 10 generalı qovdum, biri özünü güllələdi

Genişmiqyaslı müharibə başlayandan bəri 10 generalı işdən qovdum, biri isə özünü güllələyib.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı deyib.

“Öz generallarıma güvənirəm. Müharibə başlayandan bəri onunu qovmuşam, çünki uyğun deyildilər. Biri özünü güllələdi. General Sırskiyə güvənirəm. Əgər o, mənə ikinci briqada lazım olduğunu deyirsə, deməli həqiqətən də belədir. Əlbəttə, burada mən özümü hamıdan ağıllı hesab etmirəm. Meydanda olanları mütləq dinləməliyəm, çünki təşəbbüslər var”, - deyə o bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026