• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Liftdə nasazlıq oldu -  Ər və arvad öldü

DÜNYA

14 Yanvar 2023 | 16:31

Liftdə nasazlıq oldu - Ər və arvad öldü

Gürcüstanın paytaxtı Tbilisidəki yaşayış binalarından birinin liftində baş verən nasazlıq iki nəfərin ölümü ilə nəticələnib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə paytaxtın Vazisubani yaşayış massivində baş verib.

Məlumata görə, orta yaşlı kişi lifti çağırıb. Bu vaxt qapılar açılsa da lift həmin mərtəbədə olmayıb, nəticədə o, ehtiyatsızlıqdan şaxtaya düşüb.

Onun köməyinə həyat yoldaşı gəlib. Lakin liftin işə düşməsi nəticədə onların hər ikisi həlak olub. Əraziyə xilasedicilər cəlb edilib.

Ölənlərin meyitləri məhkəmə-tibbi ekspertizaya aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026