• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Zəlzələdə ölən futbolçunun adı stadiona verildi

DÜNYA

13 Fevral 2023 | 15:52

Zəlzələdə ölən futbolçunun adı stadiona verildi

Türkiyədə baş verən zəlzələdə həlak olan “Kahramanmaraş İstiklalspor” klubunun futbolçusu Saruhan Bolatın adı Giresundakı stadionlardan birinə verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Giresunda Yağlıdərə rayonunun bələdiyyə sədri Yaşar İbaş açıqlamasında deyib.

O bildirib ki, bundan sonra arenanın adı Saruhan Bolat rayon stadionu olacaq. “Kahramanmaraş İstiklalspor” Türkiyənin həvəskarlar liqasında çıxış edir. Adıçəkilən komandanın daha iki oyunçusu Taner Kahriman və Hakan Doğan da dağıntılar altında qalaraq ölüblər.

Qeyd edək ki, son məlumatlara görə, Türkiyədəki zəlzələ nəticəsində 31 643 nəfər ölüb, 80 278 yaralanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026