• Bakı 24° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Birnəfəsə dünya rekordu

DÜNYA

15 Mart 2023 | 12:06

Birnəfəsə dünya rekordu

Çexiyalı sərbəst dalğıc David Vencl dalğıc paltarı olmadan İsveçrədə donmuş Sils gölünə birnəfəsə 52,1 metr suya tullanaraq dünya rekordu qırıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, dalışı 1 dəqiqə 54 saniyə davam edən Vencl təhlükəsizlik tədbiri çərçivəsində son 15 metrə qədər 4 nəfərlə müşayiət olunub, son 15 metrdə isə yanında heç kim olmayıb. 50 metrlə əvvəlki rekorda da sahib olan Vencl suya daldıqdan sonra ağzından qan gəldiyi üçün nəzarət üçün xəstəxanaya aparılıb.

David Vencl açıqlamasında deyib: “Özümü yaxşı hiss etdim, hər şey plana uyğun getdi. Rekord üçün həyəcanlıyam. Əvvəlkilərdən daha yavaş idi, bütün dalış 1 dəqiqə 54 saniyə çəkdi. Səbəbini hələ bilmirəm”.

Bildirilib ki, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, 71 metr dərinlikdə olan Sils gölünün səthində 20 santimetr qar, altında isə 35 metr qalınlığında buz təbəqəsi var. Məlumat verilib ki, gölün səthində suyun temperaturu 1 dərəcə, 50 metr dərinlikdə isə 4 dərəcə təşkil edir.

Ay Tac


Birnəfəsə dünya rekorduBirnəfəsə dünya rekordu
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026