• Bakı 26° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

MDB XİN başçıları Səmərqənddə toplaşırlar

DÜNYA

14 Aprel 2023 | 09:40

MDB XİN başçıları Səmərqənddə toplaşırlar

Bu gün Özbəkistanın Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti iclası keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin saytında bildirilib.

İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan və Türkmənistandan nümayəndə heyətlərinin iştirak edəcəyi gözlənilir.

Görüş zamanı beynəlxalq gündəliyin aktual məsələləri və MDB çərçivəsində qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparılacaq, birgə proqramların icrası ilə bağlı müzakirələr aparılacaq, həmçinin MDB ölkələrinin Dövlət Başçıları Şurasına baxılmaq üçün təqdim olunan sənədlərin layihələri müzakirə olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026