• Bakı 24° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Prezidentlik müddəti uzadılır

DÜNYA

15 Mart 2023 | 10:34

Prezidentlik müddəti uzadılır

“Özbəkistan Respublikasının Konstitusiyası haqqında” qanun layihəsinə ölkə prezidentinin səlahiyyətlərinin 5 ildən 7 ilə qədər artırılması barədə bənd daxil edilib.

Bakıvaxtı.az “RİA Novosti”yə istinadən xəbər verir ki, sənədin layihəsi bu gün paylaşılıb. 

Özbəkistanın hazırkı Konstitusiyasına əsasən, ölkədə prezidentlik müddəti 5 il təşkil edir. Müvafiq dəyişikliklər 2011-ci ilin dekabrında qəbul edilib. 

Konstitusiyanın yeni variantı, həmçinin dövlət başçısı Şavkat Mirziyoyevə üçüncü dəfə ardıcıl olaraq prezident seçilməyə imkan verəcək. Əvvəl isə prezident postuna ardıcıl 2 dəfə seçilmək mümkün idi. 

Qeyd edək ki, ötən həftə Özbəkistanın Aşağı palatasının deputatları aprelin 30-na Konstitusiyaya dəyişikliklər barədə referendum təyin ediblər. Martın 14-ü isə Senat sözügedən qərarı təsdiq edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026