“Məlumatlar onu göstərir ki, Rusiyanın Polşa ərazisinə raketin düşməsi ilə bağlı insidentlə əlaqəsi yoxdur”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balidə jurnalistlərə açıqlamasında deyib.
Xatırladaq ki, noyabrın 15-i yayılan məlumata görə, Rusiyanın atdığı 2 raket Polşa ərazisinə düşüb. Raketlərin taxıl qurutma maşınlarına dəyməsi nəticəsində iki nəfər həlak olub.
















