• Bakı 8° C

    8.37 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Yeni koronavirus dalğası ELAN EDİLDİ

DÜNYA

19 Iyul 2022 | 20:19

Yeni koronavirus dalğası ELAN EDİLDİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yeni dalğasını elan edib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ÜST-ün saytında bildirilir.

ÜST-ün Avropa Bürosunun rəhbəri Hans Klüge koronavirusun “Omikron” ştamının subvariantlarının yayıldığı barədə məlumat verib.

“Ötən ilin yayı ilə analoji vəziyyətdəyik. COVID-19 dalğası “Omikron” ştamının subvariantları, xüsusilə də BA.2 və BA.5-dən qaynaqlanır”, – məlumatda qeyd edilir.

Klüge, həmçinin əlavə edib ki, son altı həftə ərzində Avropada yeni yoluxmaların sayı üç dəfə artıb. ÜST rəsmisi Avropa ölkələrini vaksinasiya və tibbi maska ​​taxılması ilə bağlı təcili tədbirlər görməyə çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026