• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyədə 3300 illik tarixi olan möhür və xəncər tapılıb

DÜNYA

20 Iyul 2022 | 01:33 | Müəllif: Qalib İbrahimoğlu

Türkiyədə 3300 illik tarixi olan möhür və xəncər tapılıb

Türkiyənin Kütahya vilayətində yerləşən 8 min illik tarixi olan Tavşanlıda yeni dövr qazıntılar zamanı tarixi 3300 illik olan möhür və xəncər aşkar edilib.

Bakıvaxtı.az "Anadolu"ya istinadla xəbər verir ki, sözügedən möhür və xəncər Bilecik Şeyh Edebali Universitetinin alimi Erkan Fidanın rəhbərliyi ilə aparılan qazıntılar zamanı tapılıb.

Bu tarixi əsərlər Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs və Muzeylər Baş İdarəsinin Qazıntılar və araşdırmalar şöbəsinin sosial media hesabında paylaşılıb.

Aparılan digər qazıntılar zamanı bir çox yeni arxeoloji tapıntının aşkarlanması planlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026