Rusiyada Omikron ştamının yeni BA.2.75 - "Kentavr" variantı aşkarlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rospotrebnadzorun növbəti mətbuat konfransında bildirilib.
Məlumata görə, "VGARus" viruslar bazasına 5 genom yüklənib (bakupost.az). Onlar Kentarvr alt variantına daxildir.
"Materialın toplanması iyul ayında Moskvadan yığılıb" - deyə məlumatda deyilir.
Qeyd olunub ki, yoluxanlarda xəstəlik yüngül keçir.
Rusiyada yoluxanların artmasına səbəb BA4 və BA5 variantlarının yayılması ilə bağlıdır.
Xəstəlik kəskin respirator infeksiya kimi keçir.
















