• Bakı 20° C

    2.65 m/s

İranda qar və daşqına görə 700 kənd yolu bağlanıb

HADİSƏ

19 Yanvar 2022 | 14:36 | Müəllif: Subhan Mahmudov

İranda qar və daşqına görə 700 kənd yolu bağlanıb

İranda qar, çovğun, sel və daşqınlar nəticəsində 700 kəndin yolları bağlanıb.

Bakıvaxtı.az məlumatına görə, bunu İranın Yol və Nəqliyyat Təşkilatının sədr müavini Rza Əkbəri deyib.

R.Əkbərinin sözlərinə görə, İranın cənubunda yağıntılar nəticəsində yaranan sel və daşqınlar nəticəsində 200 kəndin yolu bağlanıb:

“Qar və çovğun nəticəsində isə şimal və şimal-qərbdə - Ərdəbil, Zəncan, Kürdüstan və Qərbi Azərbaycan vilayətlərində 500 kəndin yolu bağlanıb”, - deyə o bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR