• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İmişlidə FACİƏ: Beton plitənin altında qaldı

HADİSƏ

18 Fevral 2022 | 11:07 | Müəllif: Qalib İbrahimoğlu

İmişlidə FACİƏ: Beton plitənin altında qaldı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bakıvaxtı.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbərinə gprə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 22 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 5 nəfər, o cümlədən Salyan rayonunda “Mercedes” markalı mikroavtobusun “КамАЗ” markalı yük avtomobilinə çırpılması nəticəsində deformasiyaya uğrayan mikroavtobusda sıxılı vəziyyətdə qalmış 1 nəfər sərnişin xilas edilib. Həmçinin, Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində "Toyota" markalı minik avtomobilinin Yuxarı Şirvan su kanalına düşməsi nəticəsində 1995-ci il təvəllüdlü Nimanixin Vadim Andreyeviçin meyiti dalğıc-axtarış qrupu tərəfindən avtomobilin içərisində aşkar edilərək sahilə çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Bundan başqa, İmişli rayonunun Cəfərli kəndində beton hasarın uçması nəticəsində uçqun altında qalan 1984-cü il təvəllüdlü Xələfov Maqsud İlham oğlunun meyiti beton plitənin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026