• Bakı 16° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Qonşusunu və özünü BIÇAQLADI

HADİSƏ

19 Mart 2022 | 23:35

Qonşusunu və özünü BIÇAQLADI

Göyçay rayonunda bıçaqlanma hadisəsi olub, xəsarət alanlar var.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə bu axşam saat 22:00 radələrində rayonun Bığır kəndində qeydə alınıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Namətov İlkin Vidadi oğlu qonşusu, 1979-cu il təvəllüdlü Qasımov Eyvaz Böyükağa oğlunun evinə qonaq gedib. Spirtli içki qəbul edən qonşular arasında şəxsi münasibətlər zəminində dava baş verib. İlkin Namətov üzərində gəzdirdiyi bıçaqla ev sahibi Eyvaz Qasımova, ardınca isə özünə xəsarət yetirib.

Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026