• Bakı 26° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.9769

    RUB - 2.1632

İranın güclənməsi ilə bağlı İsraildən bu ölkəyə xəbərdarlıq

DÜNYA

21 Iyul 2025 | 21:53

İranın güclənməsi ilə bağlı İsraildən bu ölkəyə xəbərdarlıq

İranın güclənməsi Yaxın Şərqdə qlobal və regional təhlükəsizliyi təhdid edir. 

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri İsrailin Şimal və Cənubun bərpası üzrə naziri, Knessetin deputatı Zeev Elkin jurnalistlərlə söhbətində deyib.

"İranın istənilən güclənməsi, nə qədər ki, dini fanatiklər tərəfindən idarə olunursa, hər şeydən əvvəl region üçün çox təhlükəlidir. Həm də təkcə region üçün deyil, çünki İranın çox geniş istəkləri var: nüvə bombası yaratmaq və bugünkündən daha böyük məsafəyə malik ballistik raketlər hazırlamaq", - deyə parlamentari bildirib.

Elkinin fikrincə, İslam Respublikasının planlarının həyata keçirilməsi “həmçinin Rusiyanın təhlükəsizliyinə təhdid kimi başa çata bilər”.


SON XƏBƏRLƏR

21 Iyul 2025