İraq ordusunun Suriyanın Əl-Qaim ərazisindən İordaniyaya qədər bölgələrin təhlükəsizliyini təmin etmək üçün bölgəyə zirehli birliklər göndərdiyi bildirilib.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Belə ki, mövzu ilə bağlı İraq Müdafiə Nazirliyi açıqlama yayıb. Bildirilib ki, zirehli bölmələr ölkənin Suriya sərhədindən İordaniya sərhədinə qədər olan ərazisində dəstək və təhlükəsizliyi təmin etmək məqsədilə hərəkətə keçib.
Bu addımın Mosulun qərbindəki şimal hissəsi zirehli birləşmələrlə gücləndirildikdən sonra atıldığı qeyd edilib.
Əli Hüseynov