• Bakı C

    4.71 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Vilayət Eyvazov İsmayıllıda vətəndaşları qəbul edəcək

CƏMİYYƏT

01 Yanvar 2025 | 12:12

Vilayət Eyvazov İsmayıllıda vətəndaşları qəbul edəcək

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən 2025-ci il yanvar ayının 8-də İsmayıllı Rayon Polis Şöbəsinin inzibati binasında İsmayıllı, Göyçay, Ağsu, Şamaxı, Qobustan şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 07.01.2025-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.


SON XƏBƏRLƏR

03 Yanvar 2025