• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

İlyas İsmayılovun son vəziyyəti açıqlanıb

CƏMİYYƏT

31 Yanvar 2025 | 09:40

İlyas İsmayılovun son vəziyyəti açıqlanıb

İlyas İsmayılovun müalicəsi davam edir, vəziyyəti hələ də ağırdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə apa-ya Mərkəzi Klinikadan xəbər verilib.

"İlyas İsmayılovun müalicəsi Mərkəzi Klinikanın reanimasiya şöbəsində davam edir. Ümumi vəziyyəti ağır-stabil olaraq qalır",- məlumatda bildirilib.
Qeyd edək ki, insult keçirən İlyas İsmayılov Mərkəzi Klinikaya yerləşdirilib. Bir müddət reanimasiya şöbəsində müalicə olunduqdan sonra stasionar şöbəyə köçürülmüşdü.

Xatırladaq ki, İlyas İsmayılov 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub. 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026