• Bakı C

    4.4 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.9384

Bakıda Şəhidlik Məscidində İlk İftar TİKA-dan

CƏMİYYƏT

01 Mart 2025 | 23:28

Bakıda Şəhidlik Məscidində İlk İftar TİKA-dan

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Ramazan ayını Azərbaycanın paytaxtı Bakıda yerləşən Şəhidlik Məscidində, Türkiyənin Bakıdakı səfiri Prof. Dr. Birol Akgünün iştirakı ilə təşkil olunan iftar proqramı ilə qarşıladı.

TİKA-nın Bakı Proqram Koordinasiya Ofisi hər il olduğu kimi bu il də Ramazan ayında şəhid və qazilərin ailələri başda olmaqla, ucqar bölgələrdə yaşayan aztəminatlı ailələr, yetimlər, fiziki məhdudiyyətli şəxslərin ailələri, köçkünlər və Ahıska türkləri üçün iftar süfrələri və ərzaq paylama proqramları həyata keçirir.

Ramazan ayının ilk günü Bakıda, Şəhidlik Məscidində keçirilən ilk iftar yeməyində Türkiyənin Bakıdakı səfiri Prof. Dr. Birol Akgün, TİKA Bakı Proqram Koordinatoru Hayrettin Özçelik, səfirliyin müşavirləri, şəhid ailələri, qazilər və vətəndaşlar iştirak ediblər.

İftar proqramından sonra açıqlama verən səfir Akgün bildirib: “TİKA 33 ildir Türkiyənin dünyaya açılan pəncərələrindən biri olan bir qurumdur. TİKA-nın qurulduğu ilk üç ofisdən biri də Azərbaycandadır. 1994-cü ildən bu günə qədər TİKA burada 1500-dən çox layihə həyata keçirib. Ramazan ayında isə Bakı başda olmaqla Gəncə və Naxçıvan Muxtar Respublikasında iftar süfrələri və ərzaq bağlamalarının paylanması təşkil ediləcək. Mən səfirliyimiz adından Türk xalqının paylaşmaq duyğusunu qardaş ölkələrə aşıladığı, inkişaf etdirdiyi və yaydığı bu anlayışı bura gətirdiklərinə görə TİKA-ya təşəkkür edirəm”, — deyə qeyd edib.


SON XƏBƏRLƏR

02 Mart 2025
01 Mart 2025