Ramazan ayında oruc tutmaq istəyən ürək-damar sistemi xəstələri iftar və imsakda düzgün qidalanmalı və yetərli maye qəbuluna mütləq diqqət etməlidirlər.
Bakıvaxtı.az Globalinfo.az-a istinadən xəbər verir ki, sinə ağrısı, nəfəs darlığı kimi ürək-damar xəstəlikləri ilə bağlı davam edən şikayətləri olanlar oruc tutmamalıdırlar.
Eyni zamanda inkişaf etmiş ürək çatışmazlığı olan xəstələr, xüsusilə yay dövründə yüksək dozada diaretik qəbul edən xəstələrin oruc tutması əlverişsizdir.
Son 6 ayda infarkt keçirən, ürək xəstəliyi səbəbiylə sinə ağrısı olan, son 6 ayda balon, stent va ya bypass əməliyyatı keçirən, nəzarət olunmayan və ya həyatı üçün təhlükə yaradan aritmiyaları olan xəstələr, rezistent hipertoniya, yəni dərman terapiyasına baxmayaraq, yüksək təzyiqi olan xəstələr qan təzyiqi normallaşana qədər oruc tutmamalıdırlar.
Bu xəstələrin oruc tutmaqdan öncə kardioloqları ilə məsləhətləşmələri tövsiyə olunur.