Lerik rayonunun Murya kənd məktəbinin direktor müavini Rusif Həsrətov dünyasını dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərən R.Həsrətov bir ay əvvəl əməliyyat olunub.
Qeyd edək ki, mərhum Binə qəsəbəsində torpağa tapşırılıb.