• Bakı 21° C

    2.39 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

ABŞ İsrailə silah tədarükünü SÜRƏTLƏNDİRƏCƏK

DÜNYA

02 Mart 2025 | 11:22 | Müəllif: Subhan Mahmudov

ABŞ İsrailə silah tədarükünü SÜRƏTLƏNDİRƏCƏK

ABŞ dövlət katibi Marko Rubio İsrailə 4 milyard dollar dəyərində silah tədarükünün sürətləndirilməsi barədə göstəriş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

Rubio, həmçinin ABŞ-nin əvvəlki prezidenti Cozef Baydenin administrasiyasının bəzi silah növlərinin İsrailə verilməsinə qoyduğu məhdudiyyətləri əsassız və siyasiləşdirilmiş adlandırıb.

O, vurğulayıb ki, bu, İsrailin Ağ Evdə Trampdan daha böyük müttəfiqinin olmadığının başqa bir göstəricisidir.

Qeyd edək ki, Bayden 2024-cü ilin mayında Qəzza zolağında mərmilərdən istifadənin mülki şəxslərə vura biləcəyi zərəri əsas gətirərək İsrailə müasir hava bombalarının tədarükünə qadağa qoyub. Bu ilin yanvarında Tramp qadağanın aradan qaldırıldığını bəyan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR