• Bakı 12° C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 1.8346

    RUB - 2.0118

Harvard universitetinə edilən 8,7 milyard dollarlıq ianə araşdırılır

DÜNYA

01 Aprel 2025 | 10:32

Harvard universitetinə edilən 8,7 milyard dollarlıq ianə araşdırılır

Harvard Universitetinə müxtəlif qurumlar tərəfindən 8,7 milyard dollardan çox ianə edilib.

Bakıvaxtı.az
bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Məlumata görə, ianələrli araşdırmaq üçün təhqiqat başladıb.

Nazirliyin yazılı açıqlamasına əsasən, bu araşdırma, universitetlərdə "antisemitik təzyiqlərin qarşısını almaq məqsədilə" aparılan ümumi yoxlamaların bir hissəsidir.

Təhsil naziri Linda MakMahon bildirib ki, Harvard Universiteti kampusda antisemitik ayrı-seçkiliyin qarşısını almaqda uğursuz olub və bu da onun nüfuzuna ciddi ziyan vurub. “Harvard bu səhvləri düzəldə bilər və özünü akademik mükəmməlliyə, həqiqət axtarışına həsr olunmuş, bütün tələbələrin özünü təhlükəsiz hiss etdiyi bir universitetə çevirə bilər,” – deyə MakMahon qeyd edib.

Bu araşdırmanın elan edilməsi, Kolumbiya Universitetinin mart ayında ABŞ Prezidenti Donald Tramp administrasiyasının antisemitizmlə mübarizə tələblərinə cavab verdiyini açıqlamasından sonra baş verib. Kolumbiya Universiteti martın 14-də yayımladığı açıqlamada, universitetin 400 milyon dollarlıq maliyyələşdirilməsinin dayandırılmaması üçün Tramp hökumətinin tələblərinə əməl edəcəyini bəyan edib.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR