• Bakı 10° C

    5.28 m/s

  • USD - 1.7

    EUR - 1.9315

    RUB - 2.042

Saray körpüsü nə vaxt hazır olacaq? - AÇIQLAMA

CƏMİYYƏT

31 Yanvar 2025 | 11:17

Saray körpüsü nə vaxt hazır olacaq? - AÇIQLAMA

Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisi davam etdirilir.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, körpünün tikintisi ilə əlaqədar hazırda betonlanma işləri görülür.

"Çalışılacaq ki, təyin olunan qrafikə uyğun olaraq işlər vaxtında yekunlaşdırılsın. İşlərin 4-5 ay müddətində bitməsi planlaşdırılır",- deyə agentlikdən bildirilib.

Qeyd edək ki, Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən və 1970-ci illərdə inşa edilmiş körpünün qəzalı vəziyyətdə olduğu aşkar edildiyindən sökülüb.

Mina Mikayılova


SON XƏBƏRLƏR

17 Aprel 2025