Son 1 ildə ölkədə problemli kreditlərin məbləği 2,6 % artıb.
Bakıvaxtı.az xəbər verir ki, bu, Mərkəzi Bankın məlumatında yer alıb. Belə ki, yanvarın 1-nə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,5 % təşkil edib. Bu nisbət dekabrın 1-nə də 1,7 %, ötən il yanvarın 1-nə isə 1,8 % olub.
Problemli kreditlərin artmasının səbəbi nədir? Bunun qarşısını necə almaq olar?
Mövzu ilə bağlı bank sektoru üzrə mütəxəssis Əkrəm Həsənov öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.
Onun sözlərinə görə, problemli kreditlərin artmasının əsas səbəbi insanların və şirkətlərin gəlirlərinin azalması və paralel olaraq qiymətlərin artması ilə əlaqədardır.
Müsahibimiz deyib ki, insanların və şirkətlərin xərcləri artsa da, gəlirləri aşağıdır:
“Ona görə də kreditlərin qaytarılmasında çətinlik yaşanır. Bu problemin qarşısını almaq üçün gərək banklar daha ehtiyatlı kredit siyasəti həyata keçirsinlər. Bu halda isə əksəriyyət kredit ala bilməyəcək və şikayətlər daha da artacaq".
Əkrəm Həsənov: Problemin qarşısını almaq üçün banklar daha ehtiyatlı kredit siyasəti həyata keçirsinlər
Mütəxəssisin proqnozuna görə, qarşıdakı dövrdə problemli kreditlərin həcmi daha da artacaq.
"Təbii ki, banklar kredit verməyə bilər. Çünki kreditlər bankların əsas gəlir mənbəyidir və ölkənin iqtisadiyyatı üçün vacibdir”.
Əkrəm Həsənov vurğulayıb ki, düzdür, hazırda ölkədə 10 il əvvəlki qədər problemli kredit yoxdur, amma yenə də həcmi artmaqda davam edir.
Gülşən Şərif