Ermənistanın yerləşdirdiyi minalar ciddi problem olaraq qalır, müxtəlif bəhanələrlə dəqiqləşdirilmiş mina xəritələrini verməkdən imtina edir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi X səhifəsində paylaşım edib.
Qeyd edilir ki, bu gün partlayış nəticəsində 29 yaşlı mülki şəxs ağır yaralanıb. Ümumilikdə 2020-ci ilin noyabr ayından indiyədək 346 azərbaycanlı qurban olub.