• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Ermənistanla yeni savaşın yaxınlığındayıq: Elə məsələlər var ki...

SİYASƏT

02 Aprel 2024 | 13:31

Ermənistanla yeni savaşın yaxınlığındayıq: Elə məsələlər var ki...

Naxçıvan istiqamətindəki mövqelərimiz atəşə tutulub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərimizi atıcı silahlardan fasilələrlə atəşə məruz qoyublar. Son günlər Ermənistan Azərbaycanla şərti sərhədlərin müxtəlif istiqamətlərində canlı qüvvə, zirehli texnika, artilleriya qurğuları cəmləyir. Ermənistan qoşunlarının intensiv hərəkəti müşahidə olunur. Ekspertlər erməni tərəfinin müəyyən təhriklərlə daha ciddi təxribatlara hazırlıq gördüyünü deyirlər. Naxçıvan istiqamətində atəşkəsin pozulması da buna dəlalət edir.

Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Qazax rayonunun anklav olmayan, yəni sərhədlərimizə bitişik 4 kəndimizlə bağlı Ermənistanın mövqeyi artıq açıqlanıb.

Professorun sözlərinə görə, həm baş nazir Nikol Paşinyan tərəfindən, həm də parlament sədri Alen Simonyan tərəfindən açıqlama verilib ki, həmin kəndlər Azərbaycana veriləcək:

"Bu məsələdə İrəvanın mövqeyi Azərbaycanın tələblərinə uyğunlaşdırılıb. Anklav olan 3 kəndimizlə bağlı məsələnin isə sərhədlərin delimitasiya və demarkasiya prosesi zamanı həll ediləcəyi açıqlanıb. Lakin erməni cəmiyyəti və revanşist qüvvələr, o cümlədən müxalifət kəndlərin geri qaytarılmasına dirəniş göstərir, etiraz edirlər. Demək olar ki, hər gün İrəvanda bu məsələ ilə bağlı etiraz aksiyaları, siyasi təşkilatların mitinqləri keçirilir”.

Q.Caxmaqlı bildirib ki, hətta ayrı-ayrı silahlı dəstələr, terrorçu qruplar Tavuş bölgəsinə gələrək Azərbaycana qarşı vuruşacaqlarını deyirlər:

“Qanunsuz silahlı dəstələrin təşkil olunması və müəyyən təxribatlara əl atması yeni deyil. Bir müddət əvvəl həmin dəstələr başqa ölkələrin yardımı ilə silahlanmış və təlim keçmişdilər. Ermənistan ordusundan başqa Azərbaycana yönəlik təxribat törədəcək qüvvələr də mövcuddur. Şübhəsiz, erməni ordusu da hərəkətə gətirilib. Onlar bunu belə əsaslandırırlar ki, əgər Bakı İrəvanın mövqeyi ilə razılaşmasa, yaxın günlərdə müharibəyə başlayacaq. Paşinyan Bağanis Ayrım kəndində keçirdiyi görüşdə bildirmişdi ki, əgər kəndləri geri verməsələr, müharibə başlaya bilər. Görünür, o məqsədlər Ermənistan öz qoşunlarını və hərbi texnikasını şərti sərhədlərimizə cəmləyir. Yəni erməni tərəfi mümkün hərbi eskalasiyada Azərbaycan Ordusuna dirəniş göstərmək üçün tədbirlər görür".

Qafar Çaxmaqlı: Ola bilər ki, Qərbin istəyi və təkidi ilə mümkün təxribatlar olsun

Alim diqqətə çatdırıb ki, Ermənistan hər zaman belə variantlardan istifadə edir:

"Təxribatların baş vermə ehtimalı var. Ola bilər ki, Qərbin istəyi və təkidi ilə mümkün təxribatlar olsun. Ermənistan aprelin 5-də ABŞ və Avropa Birliyinin rəsmiləri ilə Brüsseldə görüşəcək. Bu konfrans da Ermənistanın Azərbaycana qarşı dirənişini təşkil etməyə hesablanıb. Söhbət sadəcə siyasi, təhlükəsizlik yox, eyni zamanda hərbi dirənişdən gedir. Etiraf etmək lazımdır ki, Ermənistanla yeni savaşın yaxınlığındayıq. Çünki elə məsələlər var ki, başqa cür həlli mümkün deyil. Əfsuslar ki, İrəvan üzərində düşən öhdəliyi vaxtında icra etməkdən boyun qaçırır və siyasi manipulyasiya ilə məşğul olur. Sözdə deyilsə də, əməldə heç nə görmürük".

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Iyul 2024