• Bakı 9° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İrəvanda Paşinyana etiraz edən altı nəfər saxlanılıb - onlardan silah götürülüb

DÜNYA

11 May 2024 | 11:13

İrəvanda Paşinyana etiraz edən altı nəfər saxlanılıb - onlardan silah götürülüb

Ermənistan polisi İrəvanın Eçmiədzin rayonunda qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinən 6 nəfəri saxlayıb.

Bakıvaxtı.az-ın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, müvafiq məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.

    Bir qədər əvvəl yerli mətbuat səhər saatlarında şəhərin bir neçə sakininin saxlanıldığı barədə xəbər dərc edib. Onların yaxın saatlarda əraziyə gələcəyi gözlənilən baş nazir Nikol Paşinyanın səfərinə etiraz əlaməti olaraq yerli məktəblərdən birinin qarşısına toplaşdığı bildirilib.

    Qeyd edək ki, N. Paşinyanın sözügedən məktəbə baş çəkəcəyi gözlənilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Noyabr 2026